Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.
“Azərsu”dan “Report”a verilən məlumata görə, iyunun 17-də Cəmiyyət sədrinin birinci müavini Teyyub Cabbarov Xaçmaz şəhərində vətəndaşlarla görüşüb. İyunun 18-də sədr müavini Etibar Məmmədovun Şabran şəhərində keçirdiyi qəbulda isə Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyətlərinin rəhbər şəxsləri ümummilli lider
Xaçmaz Sukanal Sahəsinin inzibati binasında və Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbullarda Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 39 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər, əsasən, içməli su təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.