Yuxarı
    Bağlamaq

    WizzAir Budapeşt-Bakı reyslərinə aviabiletlərin baha olması məsələsini şərh edib

    Aviaşirkət bunu ucuz biletlərin  tez alınması ilə izah edir

    Bakı. 20 noyabr. REPORT.AZ/ Macarıstanın WizzAir lou-kost aviaşirkəti Budapeşt-Bakı-Budapeşt reyslərinə aviabiletlərin əvvəldə elan olunmuş qiymətlərdən daha baha olması məsələsini şərh edib.

    Aviaşirkətin mətbuat xidmətindən "Report"a bildiriblər ki, WizzAir hər zaman müştərilərinə şirkətə məxsus wizzair.com saytında ucuz biletlər təklif edir. 

    Mətbuat xidmətindən bildiriblər ki, biletlərin qiyməti tələbatdan irəli gəlir və adətən daha ucuz biletlər tez alınır, əldə isə başqa sinif biletlər qalır. Şirkətdən, həmçinin qeyd ediblər ki, bir həftə əvvəl WizzAir öz müştərilərinə bütün marşrutlar üzrə 20%-lik endirim təklif edib. 

    Qeyd edək ki,  oktyabr ayının 28-də "Wizzair" və "Ground Handling Company" (Azərbaycan) arasında reyslərə xidmət üzrə müvafiq saziş imzalanıb. Uçuşlar həftədə 2 dəfə yerinə yetirilir. Bakı-Budapeşt istiqamətində aviabiletin qiyməti 39,99 avrodur.

    Lakin hazırda şirkətin saytında Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə biletlərin qiyməti Basic sinifi üçün 210-230 dollar, Plus sinifi üçün 350-370 dollar göstərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi