WizzAir Bakıya reyslərin bərpa olunması ehtimalını şərh edib

WizzAir Bakıya reyslərin bərpa olunması ehtimalını şərh edib "2015-ci il üçün marşrut planını tərtib etdikdən sonra yeni təklifləri nəzərdən keçirə bilərik"
İnfrastruktur
4 May , 2015 13:56
WizzAir Bakıya reyslərin bərpa olunması ehtimalını şərh edib

Bakı. 4 may. REPORT.AZ/ Macarıstan-Polşa operatoru olan WizzAir şirkəti Bakıya uçuşların bərpası üçün aeroport vergi və rüsumları üzrə yeni təklifləri nəzərdən keçirməyə hazırdır.

WizzAir şirkətindən "Report"a bildiriblər ki, aprel ayında Azərbaycan hökuməti vergi və rüsumlara dair yeni təklifləri təqdim etmək niyyətində olduğunu açıqlayıb. 

"2015-ci il üçün marşrut planını tərtib etdikdən sonra yeni təklifləri nəzərdən keçirə bilərik. Əgər  aeroport vergi və rüsumları  Azərbaycana büdcəli uçuşları həyata keçirməyə bizə imkan verərsə, qərar qəbul olunduğu zaman bu haqda məlumat veriləcək", - aviaşirkətdən deyilib. 

Qeyd edək ki, aprel ayının sonlarında Macarıstanın xarici işlər və xarici siyasət naziri Piter Siyarto ilə Budapeştdə keçirilən görüş zamanı Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə paytaxtları arasında birbaşa reyslərin bərpa olunması ilə əlaqədar məsələni həll etmək göstərişi verib. 

Son xəbərlər

Orphus sistemi