Yuxarı

​“Wizz Air” Avropaya yeni aviareyslər açır

Yeni aviareyslər İspaniya, Yunanıstan və  Bolqarıstanın kurort şəhərlərinə uçuşlar yerinə yetirəcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gələn ildən etibarən müştərilər Budapeşt vasitəsi ilə Avropanın bir çox şəhərlərinə səyahət edə biləcəklər. "Report"un məlumatına görə, bu barədə Macarıstanın "Wizz Air" aviaşirkəti məlumat yayıb.

Belə ki, 2015-ci ildən etibarən "Wizz Air" şirkəti Budapeştdən Avropanın bir çox şəhərlərinə yeni reyslər açacaq. Şirkətin rəsmi saytında yerləşdirilən məlumata görə, yeni reyslərdən biri Budapeşt-Alikanta istiqamətində olacaq. İspaniyanın bu şəhərinə uçuşlara mayın 17-dən etibarən başlanacaq. Bolqarıstanın Burqas şəhərinə isə ilk uçuş iyunun 13-də yerinə yetiriləcək. Həmçinin, iyunun 14-dən Budapeştdən Yunanıstanın Krit adasına, iyunun 16-dan isə Zakintosa reyslər açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi