Vüsal Kərimli: "BNA paytaxtın tıxac probleminin həlli üçün hökumətə təkliflər verib"

Vüsal Kərimli: "BNA paytaxtın tıxac probleminin həlli üçün hökumətə təkliflər verib" "Tıxacın yaranma səbəblərindən biri də maşınların düzgün parklanmaması ilə bağlıdır"
İnfrastruktur
20 Oktyabr , 2017 19:00
Vüsal Kərimli: BNA paytaxtın tıxac probleminin həlli üçün hökumətə təkliflər verib

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Tıxac bütün şəhərlərdə böyük problemdir. Bakıda yol infrastrukturunu araşdırmışıq. Həmin küçələrlə bağlı təkliflərimizi hökumətə təqdim etmişik. Digər qurumlar bu təkliflərə müsbət yanaşsalar, işlər görüləcək”.

“Report”un xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, tıxacın yaranma səbəblərindən biri də maşınların düzgün parklanmaması ilə bağlıdır. 

V.Kərimli sərnişinlərin avtobus sürücülərindən şikayətlərinə də toxunub: “Bəzən şikayət edirlər ki, avtobus sürücüləri əyləcə sərt basırlar, amma sərnişinlər bunun yaranma səbəblərini bilmirlər. Bəzən nəqliyyat vasitələri birinci zolaqdan üçüncü zolağa qəfil keçid edirlər. Bu da avtobus sürücüsünün qəfil əyləcə basmasına səbəb olur. Yəni bu cür hallar bir-biri ilə bağlıdır”.

Son xəbərlər

Orphus sistemi