Vitali Monkeviç: "Şimal-Cənub" layihəsi Azərbaycanda logistika xidmətləri bazarının inkişafına töhfə verəcək"

Vitali Monkeviç: "Şimal-Cənub" layihəsi Azərbaycanda logistika xidmətləri bazarının inkişafına töhfə verəcək" "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin dolması ilə Rusiya yük daşımalarının böyük hissəsini özünə çəkə bilər"
İnfrastruktur
29 Avqust , 2016 17:33
Vitali Monkeviç: Şimal-Cənub layihəsi Azərbaycanda logistika xidmətləri bazarının inkişafına töhfə verəcək

Moskva. 29 avqust. REPORT.AZ/ "Şimal-Cənub" nəqliyyat dəhlizi (İran-Azərbaycan-Rusiya) Yaxın Şərq və Baltik regionu arasında yük daşınmaları üçün əlverişli şərait yaradacaq".

Bunu "Report"un Moskva müxbirinə açıqlamasında Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar Birliyinin prezidenti Vitali Monkeviç deyib.

"Şərq-Qərb" (Yeni İpək Yolu) və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin dolması ilə Rusiya yük daşımalarının böyük hissəsini özünə çəkə bilər. Avropa-Asiya dəniz daşınmalarının perspektivdə quruda dəmir yolu marşrutlarına keçməsi Asiya-Sakit okean regionu və Avropa arasında ticarət dövriyyəsində yüksək dəyərli malların nisbətini artırmağa da imkan yaradacaq. Bu, həm də Rusiyada, MDB ölkələrində, o cümlədən Azərbaycanda logistik xidmət bazarının fəal inkişafına töhfə verəcək", - deyə V.Monkeviç bildirib.

Birliyin prezidenti vurğulayıb ki, perspektivdə "Şimal-Cənub" dəhlizi ölkənin əsas nəqliyyat arteriyalardan biri ola və Asiyadan Avropaya böyük miqdarda yük daşınmasını təmin edə bilər. Bu nəqliyyat marşrutlarının inkişafı ölkə ərazisində həm Rusiya, həm də Rusiya-Çin birgə müəssisələrinin yaradılmasına güclü təkan verəcək: "Bu müəssəsilər Çin və Rusiyaya, eləcə də Avropaya mallar tədarük edəcək. Nəticədə iş yerlərinin sayı artacaq və bütövlükdə iqtisadiyyat inkişaf edəcək. Bu, cənub və Volqaboyu regionlarımız üçün Azərbaycandan tranzit kimi istifadə etməklə İran və Hindistanla ticarət aparmaq imkanı deməkdir." 

Son xəbərlər

Orphus sistemi