Vergi Auditi və Bakı şəhəri Vergilər departamentləri ləğv edilib

Vergi Auditi və Bakı şəhəri Vergilər departamentləri ləğv edilib Həmin departamentlərin ştat vahidlərinin hesabına Bakı Vergilər Departamenti yaradılıb
İnfrastruktur
3 Fevral , 2015 19:34
Vergi Auditi və Bakı şəhəri Vergilər departamentləri ləğv edilib

Bakı. 3 fevral REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb.

"Report"un məlumatına görə, vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb. Əmrlə departamentin Əsasnaməsi, tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi