"Unibank” “MİDA” ilə əməkdaşlığa başlayıb

"Unibank” “MİDA” ilə əməkdaşlığa başlayıb Bank agentliyin 3-cü maliyyə tərəfdaşıdır
İnfrastruktur
11 Avqust , 2017 10:33
Unibank” “MİDA” ilə əməkdaşlığa başlayıb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibində olan “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatı “Unibank” ASC olub. 

Bu barədə “Report”a "MİDA"nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, 25 il öncə fəaliyyətə başlamış “Unibank” bu gün 950 minə yaxın korporativ və fərdi müştəriyə xidmət göstərir, paytaxt və bölgələrdə yerləşən 32 filial şəbəkəsinə malikdir və maliyyə göstəricilərinə görə ölkənin ən uğurlu banklarından biridir.

Xatırladaq ki, “Unibank” vətəndaşlara “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış 3-cü bankdır. Daha öncə analoji müqavilələr “Kapital Bank” və “Bank BTB” ilə bağlanılıb.

Son xəbərlər

Orphus sistemi