Ukrayna və Azərbaycan tranzit əlaqələrini genişləndirir

Ukrayna və Azərbaycan tranzit əlaqələrini genişləndirir Tərəflər Ələt dəniz limanının bərə infrastrukturundan istifadə etməklə yük daşımalarını inkişaf etdirəcək
İnfrastruktur
29 İyul , 2016 18:08

Bakı. 29 iyul. REPORT.AZ/ Ukrayna və Azərbaycan Ələt limanının bərə infrastrukturundan istifadə etməklə, qarşılıqlı daşımaları inkişaf etdirmək niyyətlərini təsdiq edib.

"Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar Kiyevdə keçirilən beynəlxalq avtomobil əlaqəsi üzrə Ukrayna-Azərbaycan qarışıq komissiyasının iclasında verilib. Komissiyanın qərarına əsasən, bərə əlaqəsindən Azərbaycan ərazisindən keçməklə, Ukraynaya daxil olan yüklərin daşımasının həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə tərəflər Azərbaycan ərazisindən (tranzit) hərəkət edən avtomobil daşıyıcıları üçün icazələrin yeni formasının tətbiq edilməsi məsələsi üzərində işləyirlər.

Bundan başqa, Azərbaycan tərəfi cari ildə ukraynalı avtomobil daşıyıcıları üçün icazələrin kvotasını (+0,3 min və ya +14%) artırmaq barədə qərarı təsdiq edib.

Görüş iştirakçıları bildiriblər ki, qeyd edilən icazələr Azərbaycanla Ukrayna arasında yüklərin daşımasının inkişafı üçün strateji əhəmiyyətə malikdir.

Son xəbərlər

Orphus sistemi