Ukrayna TRACECA beynəlxalq nəqliyyat dəhlizinə qoşulub

Ukrayna TRACECA beynəlxalq nəqliyyat dəhlizinə qoşulub Bu istiqamət üzrə multimodal daşımaların qarşılıqlı mənfəət şərtləri hazırlanacaq
İnfrastruktur
10 Yanvar , 2017 12:19
Ukrayna TRACECA beynəlxalq nəqliyyat dəhlizinə qoşulub

Bakı. 10 yanvar. REPORT.AZ/ Ukrayna parlamenti Qara və Xəzər dənizləri bölgəsində dəmir yolu-bərə nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizinin inkişafı haqqında sazişi ratifikasiya edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna ilə yanaşı, Gürcüstan, Türkiyə və Tacikistan da saziş iştirakçıları qismində çıxış edir. Müqavilə bu marşrut üzrə yüklərin cəlb edilməsi, logistika proseslərinin optimallaşdırılması və tarif siyasətinin formalaşdırılması məsələsində tərəflərin razılaşdırılmış mövqeyini möhkəmlədir.

“Qara və Xəzər dənizlərində dəmir yolu-bərə komplekslərinin istismar prinsiplərinin təsdiq edilməsi Ukrayna iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Bu, yük axınlarının istiqamətinin dəyişdirilməsi şəraitində Ukraynanın tranzit funksiyalarını yaxşılaşdıracaq”, - deyə ölkəsi üçün sənədin əhəmiyyətindən danışan Ukraynanın infrastruktur nazirinin müavini Viktor Dovqan bildirib.

Əldə edilən razılaşmalar çərçivəsində növbəti addım Avropa-Qafqaz-Asiya oxu üzrə multimodal daşımaların qarşılıqlı mənfəət şərtlərinin hazırlanması olacaq.

Qeyd edək ki, uzun illərdir dəmiryol-bərə yükünü azaldan Ukrayna, hazırda Gürcüstan istiqamətinə əsaslanaraq “Yeni İpək yolu” (Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan xətti) dəhlizi çərçivəsində bu növ yükdaşımaların sayını artırır.

Son xəbərlər

Orphus sistemi