Yuxarı

Ukrayna Hava Yolları Bakıya reyslərin baqajsız tarifinin tətbiqinə başlayıb

Baqajın bir istiqamətdə daşınmasının dəyəri 15 dollar təşkil edəcək

Bakı. 24 mart. REPORT.AZ/ Martın 27-dən etibarən "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) şirkəti Kiyevdən Riqaya və Bakıya, eləcə də Odessadan Bakıya olan reyslərdə baqajsız tarifinin tətbiqinə başlayacaq.

"Report" Ukrayna aviadaşıyıcısının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu tarifə üzrə biletə malik sərnişin baqaj daşınmasına məcbur qalarsa, baqajın bir istiqamətdə daşınması üçün 15 dollar ödəməli olacaq. Bir şərtlə ki, bu ödəniş uçuşa 24 saat qalmışdan gec olmamaqla edilərsə. Əks təqdirdə baqajın dəyəri iki dəfə bahalaşacaq.

UBHY gələcəkdə yalnız əl yükünün daşınmasını nəzərdə tutan tariflərin tətbiqini də planlaşdırır.

Qeyd edək ki, Kiyev-Bakı və Kiyev-Riqa reyslərini UBHY "airBaltic" və AZAL aviaşirkətləri ilə birgə həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi