Ukrayna Hava Yolları Bakıya reyslərin baqajsız tarifinin tətbiqinə başlayıb

Ukrayna Hava Yolları Bakıya reyslərin baqajsız tarifinin tətbiqinə başlayıb Baqajın bir istiqamətdə daşınmasının dəyəri 15 dollar təşkil edəcək
İnfrastruktur
24 Mart , 2016 16:24
Ukrayna Hava Yolları Bakıya reyslərin baqajsız tarifinin tətbiqinə başlayıb

Bakı. 24 mart. REPORT.AZ/ Martın 27-dən etibarən "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) şirkəti Kiyevdən Riqaya və Bakıya, eləcə də Odessadan Bakıya olan reyslərdə baqajsız tarifinin tətbiqinə başlayacaq.

"Report" Ukrayna aviadaşıyıcısının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu tarifə üzrə biletə malik sərnişin baqaj daşınmasına məcbur qalarsa, baqajın bir istiqamətdə daşınması üçün 15 dollar ödəməli olacaq. Bir şərtlə ki, bu ödəniş uçuşa 24 saat qalmışdan gec olmamaqla edilərsə. Əks təqdirdə baqajın dəyəri iki dəfə bahalaşacaq.

UBHY gələcəkdə yalnız əl yükünün daşınmasını nəzərdə tutan tariflərin tətbiqini də planlaşdırır.

Qeyd edək ki, Kiyev-Bakı və Kiyev-Riqa reyslərini UBHY "airBaltic" və AZAL aviaşirkətləri ilə birgə həyata keçirir.

Son xəbərlər

Orphus sistemi