Yuxarı
    Bağlamaq

    Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk eksperimental reys həyata keçirilib

    Marşrutun uzunluğu 5471 km-dir

    Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Ukraynanın İlyiçevsk dəniz limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk reys həyata keçirilib.

    "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, konteyner qatarın yola çıxması münasibətilə təşkil edilən mərasimdə Ukraynanın infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus, baş nazirin müavini Gennadi Zubko, Odessa vilayət administrasiyasının rəhbəri Mixeil Saakaşvili, dəmir yolu idarəsinin rəhbəri vəzifəsini icra edən Aleksandr Zavqorodniy iştirak edib.

    Marşrutun uzunluğu 5471 km-dir.

    Marşrut "İpək Yolu"nun yeni istiqaməti və malların Ukraynadan Rusiya ərazisinə daxil olmadan adıçəkilən ölkələrin bazarlarına çatdırılması üzrə alternativdir. Marşrut xətti üzrə iki dəfə - İliçevsk - Batumi və Ələt - Aktau marşrut xəttində bərədən istifadə olunacaq.

    Xatırladaq ki, yanvarın 14-də Azərbaycan, Ukrayna, Gürcüstan və Qazaxıstan rəqabət qabiliyyətini yüksəltmək üçün bi marşrut üzrə güzəştli yükdaşımaları haqqında protokol imzalayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi