Ukrayna-Çin konteyner qatarı artıq Bakıya yaxınlaşır

Ukrayna-Çin konteyner qatarı artıq Bakıya yaxınlaşır Artıq Gəncəni keçən eksperimental konteyner qatarı hazırda Bakıya doğru hərəkət edir
İnfrastruktur
22 Yanvar , 2016 10:41
Ukrayna-Çin konteyner qatarı artıq Bakıya yaxınlaşır

Bakı. 22 yanvar. REPORT.AZ/ Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən eksperimental konteyner qatarı artıq Azərbaycan ərazisindədir. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin sədri Nadir Əzməmmədov məlumat verib.  

O, deyib ki, qatar saat 05:30-da Azərbaycana daxil olub, 06:10 radələrində isə Böyük Kəsik dəmir yolunda qəbul edilib. 

"Qatar artıq Gəncəni keçib, Ələtə, yəni Bakıya saat 17:00-18:00 radələrində çatacaq", - deyə N.Əzməmmədov qeyd edib. 

Xatırladaq ki, Ukrayna yanvarın 15-də bərə keçidləri və quru yolu daxil olan Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə 10 vaqon və 20 qırx futluq konteynerdən ibarət eksperimental qatarı yola çıxarıb. Qatarın Qazaxıstan-Çin sərhədində “Dostık” stansiyasına qədər məsafəni 11-12 günə qət edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi