Ukrayna Azərbaycan və Gürcüstandan tranzit xərclərini iki dəfə azaltmağı xahiş edib

Ukrayna Azərbaycan və Gürcüstandan tranzit xərclərini iki dəfə azaltmağı xahiş edib "Ukrzaliznıtsya" İSC Azərbaycan və Gürcüstanın dövlət dəmir yolları rəhbərliyinə müraciət edib
İnfrastruktur
9 Fevral , 2016 16:44
Ukrayna Azərbaycan və Gürcüstandan tranzit xərclərini iki dəfə azaltmağı xahiş edib

Bakı. 9 fevral. REPORT.AZ/ "Ukrzaliznıtsya" İSC (Ukrayna dəmir yollarına rəhbərlik edən ictimai əsaslarla fəaliyyət göstərən səhmdar cəmiyyət - red.) Azərbaycan və Gürcüstanın dövlət dəmir yolları rəhbərliyinə müraciət edərək Rusiya yoluna alternativ olan Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə yük daşınmasında Ukrayna mallarının tranzit xərclərinin azaldılmasını xahiş edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə İSC-nin Kommersiya işi departamentinin rəhbər müavini İvan Xoryakov məlumat verib.

"Biz rəsmən Gürcüstan və Azərbaycanın dövlət dəmir yolları qurumlarına bu ölkələrin ərazilərində tranzit xərclərinin 50% azaldılmasıyla bağlı müraciət ünvanlamışıq. Qarşıdakı müşavirə zamanı vaqon hesabı daşınma üzrə tarif şərtlərinin müzakirə olunacağını gözləyirik. Ümid edirik ki, Gürcüstan və Azərbaycan tərəfi bizim təkliflərə razı olacaq və vaqonlarda tranzit yüklərin daşınması xərclərini yarıbayarı azaldacaq", - deyə İ.Xoryakov bildirib.

Xatırladaq ki, artıq yanvarın 15-də Ukraynanın İliçevsk limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk eksperimental reys yola çıxıb. Marşrutun uzunluğu 5 471 km-dir.

Son xəbərlər

Orphus sistemi