Ucar-Əlikənd mənzilində 9,5 km dəmir yolu əsaslı təmir olunur

Ucar-Əlikənd mənzilində 9,5 km dəmir yolu əsaslı təmir olunur Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
9 Oktyabr , 2017 11:36
Ucar-Əlikənd mənzilində 9,5 km dəmir yolu əsaslı təmir olunur
ADY

Bakı. 9 oktyabr. REPORT.AZ / Azərbaycan dəmir yollarının əsaslı Ucar–Əlikənd mənzilində, 9,5 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.

"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. 

Şirkətin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək. 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 360 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi