Ucar-Bərgüşad dəmir yolunun təmirinə başlanılıb

Ucar-Bərgüşad dəmir yolunun təmirinə başlanılıb Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
17 Yanvar , 2017 10:12
Ucar-Bərgüşad dəmir yolunun təmirinə başlanılıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində Ucar-Bərgüşad mənzilində 10,6 km yolun əsaslı təmirinə start verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir.

"Təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi prosesi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb",- deyə S.Qədirova əlavə edib.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında “Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 208 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi