Bakı. 11 mart. REPORT.AZ/ Bakı şəhərində sərnişin daşınması (taksi xidməti) ilə məşğul olan "Uber" şirkəti tariflərində 20% endirim edib.
Şirkətdən "Report"a verilən məlumata görə, bu gündən etibarən "UberX" xidmətindən istifadə üçün minimal məbləğ 1,7 manat təşkil edir.
Gedişlər |
Köhnə qiymət (AZN) |
Yeni qiymət (AZN) |
"28Mall"- "İnşaatçılar" m/st. | 4,20 | 3,45 |
Qoşa Qala-"Hilton"hoteli | 2,70 | 1,70 |
"Port Baku"-"Caspian Plaza" | 3,30 | 2,59 |