"Uber" erməni əsilli rəhbəri ilə bağlı Azərbaycan hökumətilə dialoq aparmaq istəyir

"Uber" erməni əsilli rəhbəri ilə bağlı Azərbaycan hökumətilə dialoq aparmaq istəyir Şirkət bu məsələdə ortaq məxrəcə gəlinəcəyinə ümid edir
İnfrastruktur
31 İyul , 2017 13:34
Uber erməni əsilli rəhbəri ilə bağlı Azərbaycan hökumətilə dialoq aparmaq istəyir

Bakı. 31 iyul. REPORT.AZ/ "Uber" Azərbaycanda sürətli artım nümayiş etdirir. İnanırıq ki, bu tərəfdaşlıq regionda biznesin gələcək sabit inkişafının təmin olunmasına yardım edəcək. Bu da istifadəçilər, sürücülər və meqapolisin maraqlarına uyğundur. Biz şəhərin infrastrukturunun səmərəli inkişafına gələcəkdə də kömək etmək üçün Azərbaycan hökuməti ilə konstruktiv dialoq aparmağın tərəfdarıyıq".

Bunu  "Report"a "Uber"dən şirkətin rəhbərliyinə erməni əsilli şəxsin gətirilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyiblər. 

Qeyd edək ki, "Yandeks" və "Uber"in taksi xidmətlərinin birləşdiriləcəyi və fəaliyyəti Azərbaycan da daxil olmaqla bir neçə MDB ölkəsini əhatə edəcək yeni qurumun rəhbərliyinə erməni əsilli Tiqran Xudaverdiyanın gətiriləcəyi bildirilir. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə "Report"a bildirib ki, Azərbaycanın bütün vətəndaşları və təşkilatları üçün ən vacib olan ölkənin siyasi maraqlarıdır: "Bu səbəbdən iki taksi şirkətinin birləşdirilməsindən sonra, yeni yaranacaq şirkətə Ermənistan vətəndaşı və yaxud erməni əsilli şəxs rəhbərlik edəcəksə, sürücülərə bu şirkətlərlə işləmək icazəsi verən xüsusi nişanların verilməsi dayandırılacaq və onlara çağırış ediləcək ki, həmin qurumla əlaqələri kəssinlər". 

Son xəbərlər

Orphus sistemi