Türkmənistan və Qazaxıstan gəmiləri Azərbaycanda təmir edilir

Türkmənistan və Qazaxıstan gəmiləri Azərbaycanda təmir edilir Gəmilərin apreldə sifarişçilərə təhvil verilməsi planlaşdırılır
İnfrastruktur
18 Mart , 2016 14:23
Türkmənistan və Qazaxıstan gəmiləri Azərbaycanda təmir edilir

Bakı. 18 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarına xarici ölkələrdən yeni sifarişlər qəbul edirlər.

Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, bu günlərdə “Zığ” gəmi təmiri zavodu Türkmənistan və Qazaxıstan bayrağı altında üzən 4 gəmini təmirə qəbul edib. Onlardan “Wagenborg 107” barjı sifarişdə nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra artıq istismarçıya qaytarılıb.

Hazırda “Şirin” yedək gəmisi, habelə “Soltan” və “Bossan” təchizat-yedək gəmiləri zavodun doklarına qaldırılıb. Onların gövdələrinin təmizlənərək rənglənməsi, baş mühərriklərin, vint-sükan kompleksinin və digər mexanizmlərin təmiri nəzərdə tutulub.

Bu gəmilərin aprelin əvvəllərində sifarişçilərə təhvil verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi