Türkmənistan və Gürcüstan Azərbaycan üzərindən nəqliyyat əlaqələrini müzakirə edib

Türkmənistan və Gürcüstan Azərbaycan üzərindən nəqliyyat əlaqələrini müzakirə edib Tərəflər Türkmənistanın İpək Yolu layihəsinin həyata keçirilməsində aktiv iştirakını da nəzərdən keçirib
İnfrastruktur
31 Avqust , 2017 17:28
Türkmənistan və Gürcüstan Azərbaycan üzərindən nəqliyyat əlaqələrini müzakirə edib

Bakı. 31 avqust. REPORT.AZ/ Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya nəqliyyat dəhlizinin yaradılmasına dair təşəbbüs nəzərdən keçirilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin Türkmənistana rəsmi səfəri zamanı müzakirə aparılıb.

Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, ötən gün bu ölkənin baş naziri Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Görüşdən sonra Gürcüstan baş naziri bildirib ki, görüşdə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi məsələləri müzakirə edilib. Baş nazir ticarət-iqtisadi əlaqələrin daha da inkişafı üçün böyük potensial olduğunu qeyd edib. Tərəflər Türkmənistanın İpək Yolu layihəsinin həyata keçirilməsində aktiv iştiraketmə imkanını müzakirə ediblər.

Baş nazir qeyd edib ki, hələlik ümumi məsələlər müzakirə edilib və konkret nəticədən danışmaq hələ tezdir.

Son xəbərlər

Orphus sistemi