Yuxarı

Türkmənistan Azərbaycan üzərindən Türkiyənin tranzit yüklərinin daşınmasına 20% endirim tətbiq edib

Türkimənistan türk avtomobilləri üçün ro-ro tipli gəmilərlə daşınma qiymətlərini 20% azaldıb

Bakı. 28 mart. REPORT.AZ/ Türkmənistan tərəfi Azərbaycan-Türkmənistan marşrutundan istifadə edən Türkiyə avtomobilləri üçün xüsusi tarif endirimi tətbiq edib. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkimənistan türk avtomobilləri üçün "ro-ro" tipli gəmilərlə daşınma qiymətlərini 20% azaldıb.

Beynəlxalq Ekspeditorlar Asossiasiyasının (BEA) icraçı direktoru Fatih Şener bildirib ki, Orta Asiya istiqamətində ən qısa yol Azərbaycan-Türkmənistan marşrutudur. Onun sözlərinə görə, martın 24-25-də Türkmənistanın paytaxtı Aşqabadda bu məsələ ilə bağlı bir sıra görüşlər keçirilib.

"Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov 2015-ci ilin avqust ayında bildirib ki, ölkənin ikinci gəmisi olan "Bəxtiyar"ın səfərə başlaması ilə endirim də tətbiq olunacaq. Artıq bu gəmi səfərlərə başlayıb və endirim də təmin olunub. Avtomobillərimizi Türkəmistanın müasir gəmiləri ilə 20% daha ucuz daşınacaq", - deyə F.Şener əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi