Yuxarı

Türkiyənin nəqliyyat naziri: “BTQ-yə nə qədər çox ölkə qoşularsa, layihə daha da effektiv olar”

Türkiyənin nəqliyyat naziri: “BTQ-yə nə qədər çox ölkə qoşularsa, layihə daha da effektiv olar”
© Report

"Bakı-Tbilisi-Qars yalnız ticarətə deyil, bölgədə turizmin inkişafına da töhfə verəcək".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turan jurnalistlərə bildirib.

Nazir deyib ki, BTQ yalnız Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadi inkişafı üçün deyil, ümumilikdə, bölgədə iqtisadi inkişafa xidmət edəcək.

Onun sözlərinə görə, BTQ-nin sərnişin daşınmaları üçün istifadəsinə başlanılmasından sonra bu layihə bölgədə turizmin inkişafına da töhfə verəcək.

Rusiyanın BTQ-yə qoşulmasına gəlincə, nazir deyib ki, bu dəmir yolu layihəsi iqtisadi cəhətdən faydalıdır: "Bu dəhlizlə nə qədər çox yük daşınarsa, nə qədər çox ölkə qoşularsa, layihə daha da effektiv ola bilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi