Türkiyəli nazir: "BTQ-ni 2017-ci ildə istifadəyə vermək üçün ciddi səy göstəririk"

Türkiyəli nazir: "BTQ-ni 2017-ci ildə istifadəyə vermək üçün ciddi səy göstəririk" Əhməd Arslan: "Dəmiryolu xəttinin vaxtında istifadəyə verilməsi üçün işlər davam edir"
İnfrastruktur
20 Sentyabr , 2016 19:01
Türkiyəli nazir: BTQ-ni 2017-ci ildə istifadəyə vermək üçün ciddi səy göstəririk

İstanbul. 20 sentybar. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin vaxtında istifadəyə verilməsi üçün işlər davam edir. Layihəni 2017-ci ildə istifadəyə vermək üçün ciddi səy göstəririk".

Bu fikirləri "Report"un Türkiyə bürosunun müxbirinə açıqlamasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib. 

Onun sözlərinə görə, "Mərmərə", "Yavuz Sultan Səlim" körpüsü və onun üzərində salınacaq dəmiryolu xətti Türkiyəni Avropadan Asiyaya birbaşa bağlayacaq dəmiryolu layihələrdir: "Bunların ən mühüm halqalarından biri də Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsidir. Həmin layihəni də 2017-ci ildə istifadəyə vermək üçün səylə çalışırıq. Bu layihələr sadəcə Türkiyənin deyil, eyni zamanda Azərbaycanın da layihələridir. Çünki Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Türkmənistan ərazisində sərnişin və yük daşınmasını bir-biri ilə əlaqələndirməyi planlaşdırırıq. Bu baxımdan layihələr həm Türkiyə, həm də Azərbaycanın layihələridir."

Vüsalə Abbasova, "Report"

Son xəbərlər

Orphus sistemi