Bakı. 29 noyabr. REPORT.AZ/ "Hədəf Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin 2017-ci ilin əvvəlində istismara verilməsidir."
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib.
O deyib ki, bu layihə təkcə Türkiyə üçün deyil, region üçün önəmlidir: “Hazırda işlər ciddi şəkildə davam etdirilir. İşçilər gecə-gündüz çalışırlar. Yaşadığımız regionda mövcud bazarların dəmir yoluna ehtiyacı var. BTQ gələn ilin ilk aylarında istifadəyə verilərək ticarətin və nəqliyyatın daha yüksək səviyyəyə çatmasını təmin edəcək."