Türkiyəli nazir: “Bakı-Tbilisi-Qars türk dünyasında Böyük İpək Yolu layihəsi çərçivəsində atılmış ən real addımdır”

Türkiyəli nazir: “Bakı-Tbilisi-Qars türk dünyasında Böyük İpək Yolu layihəsi çərçivəsində atılmış ən real addımdır” İstanbul. 30 noyabr. REPORT.AZ/ “Bu gün Böyük İpək Yolu Avropada, Asiyada, Türk dünyasında, Yaxın və Uzaq Şərqdə, bir çox dövlətlərdə gündəmdə olan layihələrdəndir”. 
İnfrastruktur
30 Noyabr , 2017 16:46
Türkiyəli nazir: “Bakı-Tbilisi-Qars türk dünyasında Böyük İpək Yolu layihəsi çərçivəsində atılmış ən real addımdır”
Report

İstanbul. 30 noyabr. REPORT.AZ/ “Bu gün Böyük İpək Yolu Avropada, Asiyada, Türk dünyasında, Yaxın və Uzaq Şərqdə, bir çox dövlətlərdə gündəmdə olan layihələrdəndir”. 

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi deyib.

O bildirib ki, Böyük İpək Yolu Türk dünyası olmadan mövcud ola bilməz: “Böyük İpək Yolu layihəsinin əsas hissələrindən birini Bakı-Tibilisi-Qars dəmir yolu xətti təşkil edir. Bu xətt Türk dünyasında Böyük İpək Yolu layihəsi çərçivəsində atılmış ən real addımdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Çindən çıxan bir qatar birbaşa Londona qədər gedə bilər. Bu da bir daha sübut edir ki, əgər Türk dünyası dövlətləri birlikdə olarsa, daha güclü ola bilər”.

Son xəbərlər

Orphus sistemi