Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu xətti sınaq mərhələsindədir"

Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu xətti sınaq mərhələsindədir" Nihat Zeybekçi dəmir yolu xəttinin iyunda istismara veriləcəyini istisna etmir
İnfrastruktur
19 May , 2017 12:26
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti sınaq mərhələsindədir

Bakı. 19 may. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolu xətti hazırda sınaq mərhələsindədir. "Report"un "Karshaberler" saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

"Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti sınaq mərhələsindədir. İyun ayında istismara veriləcəyi təqdirdə, Çindən yola salınan qatar Türkiyə üzərindən Londona qədər fasiləsiz olaraq hərəkət edəcək. Bununla əlaqədar Türkiyə Çinlə danışıqlar aparıb və növbəti ildə Türkiyə üzərindən 30 mlrd. dollarlıq yükdaşımanın həyata keçirilməsi nəzərdə tutulur", - deyə N.Zeybekçi əlavə edib.

Son xəbərlər

Orphus sistemi