Türkiyədəki fövqəladə vəziyyət Azərbaycandan gedən avtobus reyslərinin qrafikinə təsir etməyib

Türkiyədəki fövqəladə vəziyyət Azərbaycandan gedən avtobus reyslərinin qrafikinə təsir etməyib Türkiyədə elan edilən fövqəladə vəziyyət azərbaycanlıları bu ölkəyə səfər etməkdən çəkindirmir
İnfrastruktur
21 İyul , 2016 12:06
Türkiyədəki fövqəladə vəziyyət Azərbaycandan gedən avtobus reyslərinin qrafikinə təsir etməyib

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə elan edilən fövqəladə vəziyyət Azərbaycandan bu ölkəyə sərnişin avtobus reyslərinin hərəkətinə təsir etməyib.

Bunu "Report"a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.

O, bildirib ki, Bakıdan hər gün Türkiyəyə ən azı 5 sərnişin avtobusu yola düşür.

"Türkiyəyə gedən avtobusların qrafiklərində dəyişiklik yoxdur. Avtobuslar hər zamankı qaydada reyslərini yerinə yetirirlər. Hər gün saat 13:00-da 5-6 avtobus Bakı Beynəlxalq Avtovağzalından yola düşür. Ötən gün də 5 avtobus Türkiyəyə yollanıb və bu istiqamətə bütün biletlər satılıb", - deyə M. Abdullayev əlavə edib.

Qeyd edək ki, Bakıdan Türkiyəyə avtobuslar təxminən 30-35 saata çatır. 

Son xəbərlər

Orphus sistemi