Türkiyədə TRACECA layihəsi ilə bağlı yeni qanun qüvvəyə minib

Türkiyədə TRACECA layihəsi ilə bağlı yeni qanun qüvvəyə minib Türkiyə parlamenti martın 14-də TRACECA ilə bağlı təməl razılaşmasına dəyişiklikləri təsdiq edib
İnfrastruktur
3 Aprel , 2017 10:41
Türkiyədə TRACECA layihəsi ilə bağlı yeni qanun qüvvəyə minib

Bakı. 3 aprel. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRACECA (Transport Corridor Europe-Caucasus-Asia - Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) layihəsi ilə bağlı qəbul olunmuş qanunun qüvvəyə minməsinə dair sənədi təsdiqləyib. “Report”un "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, prezident sənədi bu gün səhər imzalayıb.

Qeyd edək ki, “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzərindən beynəlxalq daşımaların inkişaf etdirilməsi üzrə çoxtərəfli təməl razılaşmasına dəyişikliklər haqqında Protokolun təsdiqlənməsi haqqında" qanun bu ilin martın 14-də Türkiyə parlamentində qəbul edilib.

Xatırladaq ki, bu gün R.T.Ərdoğan ümumilikdə 54 qanunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi