Bakı. 10 aprel. REPORT.AZ/ INDEX - Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzi Petkim Neft-Kimya QSC şirkəti ilə birlikdə təcrübə proqramı elan edib. INDEX-dən "Report"a verilən məlumata görə, təcrübə 1-3 ay müddətində İzmir şəhərində keçiriləcək.
Təcrübə Türkiyə universitetlərində Kimya mühəndisliyi, Maşınqayırma, Elektrik, Sənaye və Kompyuter mühəndisliyi ixtisaslarının 3-4-cü kursunda təhsil alan və təcrübəyə ehtiyacı olan azərbaycanlı tələbələrə şamil edilir. Təcrübəçilər türk və ingilis dillərini həm yazılı, həm də şifahi şəkildə bilməlidir.
Təcrübə proqramında iştirak etmək istəyənlər Cover letter, CV-ləri və tövsiyə məktublarını aprelin 15-dək "Petkim" başlığı ilə [email protected] ünvanına göndərməlidirlər.