Yuxarı
    Bağlamaq

    Türkiyədə mənzil satışı 18% artıb

    Qeyri-rezidentlərə isə mənzil satışı 28% azalıb

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Türkiyədə mənzil satışı illik müqayisədə 17,8% artaraq 108 918 ədədə çatıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb. Satılan mənzillərin 17 040-ı və ya 15,6%-i İstanbul, 11 564-ü və ya 10,6%-i Ankara, 6 050-si və ya 5,6%-i İzmir şəhərində yerləşir. 

    İpoteka ilə satılan mənzillərin sayı sentyabrda illik müqayisədə 46,7% artaraq 42 083 ədəd təşkil edib. Beləliklə, məcmu satışda ipoteka ilə satılan evlərin xüsusi çəkisi 38,6% təşkil edib. 

    Bununla yanaşı bildirilir ki, hesabat ayında yeni tikilən binalarda 50 972 mənzil satılıb ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 17,6% çoxdur. Yeni mənzillərin satışının məcmu ev satışında xüsusi çəkisi 46,8% təşkil edib.

    Hesabat dövründə xarici vətəndaşlara mənzil satışı illik müqayisədə 27,8% azalaraq 1 276 ədəd təşkil edib. Sentyabrda xaricilər ən çox Antalyada (359 ədəd) mənzil alıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi