​Türkiyədə evlərin satışı sürətlə artır

​Türkiyədə evlərin satışı sürətlə artır İqtisadçılar likvidliyin azalması səbəbindən yaxın 2-3 ildə bu prosesin səngiyəcəyini bildirirlər
İnfrastruktur
31 İyul , 2015 12:03
​Türkiyədə evlərin satışı sürətlə artır

Bakı. 31 iyul. REPORT.AZ/ Türkiyədə 2014-cü ilin aprel ayından 2015-ci ilin aprel ayınadək yaşayış evlərinin satış qiyməti 18,5%, satış həcmi isə 21% artıb. İstanbulda mənzillərin qiyməti 29%, İzmirdə 15%, Ankarada isə 12% artıb. Bu müddət ərzində Türkiyədə inflyasiya isə 8% təşkil edib. Bu barədə Türkiyə Mərkəzi Bankı məlumat yayıb.

"Report" xəbər verir ki, iqtisadçı Mustafa Sönməz evlərə olan tələbatı qiymətlərin artması ilə izah edib: "Bəziləri investisiya məqsədi ilə ev alarkən, digərləri qiymətlərin daha da artmasından ehtiyat edərək ev almağa tələsir". Qeyd edək ki, satışın böyük hissəsi İstanbulda həyata keçirilir.

"Report"un analitik qrupu qeyd edir ki, təhlil olunan illik dövr ərzində türk lirəsi 30%-lik devalvasiyaya məruz qalıb. Yəni, milli valyutanın məzənnəsi 2,08 TRY/USD-dən 2,70 TRY/USD-yə qədər yüksəlib. Bu dəyişikliyə əsasən, yerli valyutada qiymətlər real olaraq İstanbulda sabit qalmış hesab oluna bilər. Amma Ankara və İzmirdə real olaraq dollar ifadəsində müəyyən azalma mövcuddur.

Həmin müddətdə bankların bu sahəyə ayırdığı kreditlərin həcmi 20% artıb və 138 mlrd. lirəyə (51 mlrd. dollar) çatıb. Kreditlə satılan mənzillərin sayı 46%, yeni tikilən binalarda ipoteka ilə alınmış evlərin sayı isə 52% artıb.

İqtisadçılar Türkiyədə yaxın 2-3 ildə ev satışının likvidliyin azalması və bank kreditlərinin məhdudlaşdırılması səbəbindən bir qədər səngiyəcəyini bildirirlər.

Son xəbərlər

Orphus sistemi