Türkiyədə Azərbaycan-Belarus Birgə Traktor İstehsalı Müəssisəsinin işə salınması təxirə salınıb - EKSKLÜZİV

Türkiyədə Azərbaycan-Belarus Birgə Traktor İstehsalı Müəssisəsinin işə salınması təxirə salınıb - EKSKLÜZİV Türkiyənin Qırıqqala şəhərində iyul ayının 1-nə nəzərdə tutulan Azərbaycan – Belarus Birgə Traktor İstehsalı Müəssisəsinin (Azerbaijan – Turkey Uretim Birligi Traktor – ATUB) işə salınması təxirə salınıb.
İnfrastruktur
25 İyun , 2019 18:26
Türkiyədə Azərbaycan-Belarus Birgə Traktor İstehsalı Müəssisəsinin işə salınması təxirə salınıb - EKSKLÜZİV

Türkiyənin Qırıqqala şəhərində iyul ayının 1-nə nəzərdə tutulan Azərbaycan – Belarus Birgə Traktor İstehsalı Müəssisəsinin (Azerbaijan – Turkey Uretim Birligi Traktor – ATUB) işə salınması təxirə salınıb.

Bu barədə “Report”a müəssisənin iki rəhbərindən biri - azərbaycanlı Murad İsmayılov bildirib.

“Hazırkı mərhələdə ofis və yardımçı bunaların tikinti işləri davam edir, həmçinin traktor istehsalı üçün bəzi icbari icazələri almaq üçün addımlar atılır”, - deyən mütəxəssis istehsalata məhz nə zaman başlayacaqlarını dəqiqləşdirməyib.

Qeyd edək ki, üç il ərzində illik traktor istehsalını 500-dən 3000 ədədə çatdırılması nəzərdə tutulur. Türkiyənin illik traktor tələbatının 70 minə yaxın olduğuna görə ilk ilyarım ərzində müəssisə daxili ehtiyacları ödəməyə yönələcək, daha sonra isə xarici, xüsusilə də Afrika bazarlarına məhsul ixracına başlanacaq.

Müəssisə rəhbəri daha əvvəl ilkin olaraq layihəyə 17 milyon ABŞ dolları həcmində sərmayə qoyulduğunu, bunun 5 milyon dollarının xərcləndiyini vurğulayıb: "Hər iki payçı müəssisəyə bərabər həcmdə, yəni 50-50 nisbətdə sərmayə qoyub. Gəncə Avtomobil Zavodunun layihədəki payı azərbaycanlı və türk sərmayəçilərdən cəlb olunan vəsaitlər hesabına maliyyələşdirilir. 17 milyon dollar həcmində nəzərdə tutulan sərmayə müəssisənin illik istehsal gücünü 5000-7000 ədəd traktora çatdırmaq üçün sərf olunacaq. İstehsalat zəncirinə gəlincə, əsas hissələrin 70 faizi Belarusdan Gəncəyə gətirilib təkmilləşdiriləndən sonra Kırıkkaleyə göndəriləcək, qalan 30 faizi isə Azərbaycanda istehsal olunacaq. Təqribən, üç-dörd il sonra isə bəzi hissələrin Kırıkkaledəki müəssisədə istehsalına başlanacaq”.

Qeyd edək ki, sözügedən müəssisə Minsk Traktor Zavodu (MTZ) ilə Gəncə Avtomobil Zavodu arasında bir neçə ildir yaradılan əməkdaşlıq çərçivəsində ərsəyə gətirilir. Hər iki tərəfin iştirakı ilə Türkiyə bazarı üçün “Belarus-1221” modelinin “Euro4” ekoloji standartına uyğunlaşdırılan xüsusi versiyası hazırlanıb.

Son xəbərlər

Orphus sistemi