Türkiyə şirkətləri elektriklə işləyən avtobus hazırlayıb

Türkiyə şirkətləri elektriklə işləyən avtobus hazırlayıb Avtobus elektrik enerjisi ilə 50-70 km məsafə qət edir
İnfrastruktur
16 Mart , 2017 19:57
Türkiyə şirkətləri elektriklə işləyən avtobus hazırlayıb
haberturk.com

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin "Aselsan" və "Temsa" şirkətləri müştərək şəkildə ictimai nəqliyyat üçün elektriklə işləyən avtobus istehsal edib. 

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, elektriklə işləyən avtobuslar 8-10 dəqiqə elektrik ehtiyatı toplaya bilir. Layihə üzrə avtobusların iki nümunəsi hazırlanıb. Yaxın zamanlarda avtobusların istismara veriləcəkləri ehtimal edilir.

"Avtobuslar xüsusi elektrik sistemlə təchiz olunub və karbon tullantıları sıfra bərabərdir. Nəqliyyat vasitəsi səssiz, komfortlu və ən son texnoloji sistemlərlə təchiz edilib. Avtobusda 35 oturacaq və ayaqüstü 52 nəfər üçün nəzərdə tutulub", - şirkətin nümayəndələri söyləyiblər.

Avtobus elektrik enerjisi ilə 50-70 km məsafə qət edir. 

Son xəbərlər

Orphus sistemi