Türkiyə rəsmisi: “BTQ regionun taleyini dəyişəcək”

Türkiyə rəsmisi: “BTQ regionun taleyini dəyişəcək” Metin Feyzioğlu: "Bu dəmir yolu xətti Çinin ixracının 20%-ni daşıyacaq"
İnfrastruktur
27 Mart , 2018 12:21
Türkiyə rəsmisi: “BTQ regionun taleyini dəyişəcək”

Ankara. 27 mart. REPORT.AZ/ “Dünya Bankının (WB), Beynəlxalq Valyuta Fondunun (IMF), ABŞ-ın və bütün qlobal güclərin yaratdığı maneələrə baxmayaraq, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyətə başladı”.

“Report” xəbər verir ki, bunu Türkiyə Barolar Birliyinin (TBB) rəhbəri Metin Feyzioğlu deyib.

"Report"un suallarını cavablandıran Türkiyə rəsmisi həmçinin bunları bildirib: “Çinin "bir kəmər, bir yol" layihəsi Azərbaycan, Gürcüstan və Türkiyədən keçmir. Amma bu ölkənin Avropaya göndərəcəyi məhsullar üçün ən qısa yol budur”.

Onun sözlərinə görə, BTQ regionun taleyini dəyişəcək: “Bizim "Dəmir ipək yolu" adlandırdığımız bu dəmir yolu xətti Çinin ixracının 20%-ni daşıyacaq. Bu layihəni hüquqşünaslar sərmayəyə çevirməlidirlər. Hüquqşünasın uğurlu olmadığı yerdə yatırım olmaz. Deməli, biz bu xəttin keçdiyi, mal və xidmətlər daşıdığı hər yerdə xidmət göstərəcəyik”.

Son xəbərlər

Orphus sistemi