Türkiyə rəsmisi: "Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istismara verilməsində maraqlıyıq”

Türkiyə rəsmisi: "Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istismara verilməsində maraqlıyıq” Dəmir yolunun Türkiyə hissəsinin tikintisi sürətlə davam edir
İnfrastruktur
26 Yanvar , 2017 15:41
Türkiyə rəsmisi: Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istismara verilməsində maraqlıyıq”

Tbilisi. 26 yanvar. REPORT.AZ/ “Türkiyə tərəfi Bakı-Tbilisi-Qars dəmir yolunun necə böyük əhəmiyyətli layihə olduğunu bilir. Ona görə də layihə üzrə işlərin tez bir zamanda başa çatdırılmasında və Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istismara verilməsində maraqlıdır”.

Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Çiftci söyləyib.

Onun sözlərinə görə,  hazırda Bakı-Tbilisi- Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisi sürətlə davam edir: "Türkiyə bütün çətinliklərə baxmayaraq, inşaat işlərinin 2017-ci ildə başa çatdıracaq".

Nazir müavini həmçinin deyib ki, bu layihə iki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsinə, Çindən Böyük Britaniyaya qədər sərnişin və yük daşımalarının həcminin artmasına töhfə verəcək: "Bakı-Tbilisi-Qars layihəsi, eyni zamanda, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızın genişlənməsində də mühüm rol oynayacaq".

F.Çiftci onu da deyib ki, Türkiyə hökuməti layihənin beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirir: "Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyənin birliyinin əsasını təşkil edir. Eyni zamanda, bizim beynəlxalq tərəfdaşlar arasında nüfuzumuzun artmasına xidmət edəcək. Ona görə də çalışırıq ki, tikinti işlərini bu il başa çatdıraq”.

Son xəbərlər

Orphus sistemi