Yuxarı

Türkiyə Dağıstana aviareyslərə başlayır

Artıq bununla bağlı razılıq əldə edilib və biletlərin satışına başlanılıb

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyənin "AtlasGlobal" aviaşirkəti İstanbuldan Mahaçqalaya (Dağıstan, Rusiya) birbaşa aviareys açacaq. "Report"un "Pravda" saytına istinadən verdiyi məlumata görə, uçuşlara aprelin 29-dan etibarən başlanılması nəzərdə tutulub.  

"Biz artıq "AtlasGlobal" aviaşirkəti ilə Türkiyəyə uçuşların yerinə yetirilməsini razılaşdırmışıq. Uçuşlar aprelin 29-dan etibarən İstanbulun Atatürk hava limanına reallaşdırılacaq, biletlər satış üçün artıq açıqdır", - deyə Mahaçqala hava limanının direktoru Arsen Pirmaqomedov bildirib. 

Onun sözlərinə görə, bu istiqamət üzrə tələbat çox böyük olacaq və reyslər həftədə üç dəfə yerinə yetiriləcək.

Mahaçqala hava limanı yaxın vaxtlarda Azərbaycan, BƏƏ, Simferepol və Kazan şəhərinə də aviareyslər açmağı planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi