Türkiyə: Bakı-Tbilisi-Qars dəmir yolu bu il regional şəbəkəyə qoşulacaq

Türkiyə: Bakı-Tbilisi-Qars dəmir yolu bu il regional şəbəkəyə qoşulacaq Mehmet Uras: "Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin illik yük dövriyyəsi 7 mln. tondan artıq olacaq"
İnfrastruktur
17 Aprel , 2017 13:47
Türkiyə: Bakı-Tbilisi-Qars dəmir yolu bu il regional şəbəkəyə qoşulacaq

Bakı. 17 aprel. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin sonuna kimi tamamlanıb, regional dəmir yolu şəbəkəsinə qoşulacaq. Bununla da yüklərimiz Çindən Londona qədər bir məsafədə yayılacaq". Bunu "Report"a Bakıda keçirilən İƏT üzvü dövlətlərinin dəmiryolu qurumları rəhbərlərinin XIII iclası və İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmiryolu Komitəsinin VII iclasında çıxış edən Türkiyə Nəqliyyat Nazirliyinin nümayəndəsi Mehmet Uras deyib.

M.Urasın sözlərinə görə, mövcud regionda dəmiryolu sistemi 1,5 mlrd. insana xidmət edəcək: "Türkiyə dövləti bu günə qədər dəmiryolu sisteminin təkmilləşdirilməsi və genişləndirilmısi üçün 60 mlrd. lirədən çox investisiya yatırıb. Bununla yanaşı, beynəlxalq dəmiryolu şəbəkəsinə qoşulmaq üçün müəyyən addımlar atmışıq. Nəzərə almaq lazımdır ki, bu şəbəkənin ticarət imkanları 31 trln. ABŞ dolları civarındadır və regionda 1,5 mlrd. insan yaşayır. Bu baxımdan regional dəmiryolu sisteminin əhəmiyyəti böyükdür. Biz düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin illik yük dövriyyəsi 7 mln. tondan artıq olacaq".

Son xəbərlər

Orphus sistemi