"Türkish Airlines" 211 əməkdaşını işdən çıxarıb - YENİLƏNİB

"Türkish Airlines" 211 əməkdaşını işdən çıxarıb - YENİLƏNİB Onların arasında "Anadolujet"n rəhbəri İbrahim Doğan da var
İnfrastruktur
25 İyul , 2016 16:50
Türkish Airlines 211 əməkdaşını işdən çıxarıb - YENİLƏNİB

İlk xəbər 14:26-da verilib

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyənin və dünyanın ən iri aviaşirkətlərindən biri olan "Turkish Airlines" iyulun 15-də ölkədə baş verən uğursuz dövlət çevrilişi cəhdindən sonra 211 əməkdaşını işdən çıxarıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkətin onlardan bəzilərini Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli saydığından, bəzilərini isə fəaliyyətlərindəki nöqsanlar səbəbindən işdən azad etdiyi bildirilir. 

Onların arasında baş direktorun müavini Coşkun Kılıç, "Anadolujet"n rəhbəri İbrahim Doğan, 3 sədr, 2 sədr müavini, 15 pilot və s. var.

Son xəbərlər

Orphus sistemi