"Türk Hava Yolları" yeni endirim elan edib

"Türk Hava Yolları" yeni endirim elan edib Biletlər noyabrın 1-30-da alınmalı, uçuşlar isə martın 31-dək həyata keçirilməlidir
İnfrastruktur
29 Oktyabr , 2015 15:03
Türk Hava Yolları yeni endirim elan edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Türk Hava Yolları" aviaşirkəti Azərbaycanın Gəncə və Naxçıvan şəhərlərindən bir sıra xarıci ölkələrə həyata keçirdiyi reyslərə endirim aksiyası keçirir.

Şirkətdən “Report”a verilən məlumata görə, aviabiletlər noyabrın 1-dən 30-dək satılacaq, uçuşlar isə noyabrın 1-dən gələn ilin martın 31-dək həyata keçirilməlidir.

Rezerv olunan biletlər maksimum 3 gün içində alınmalıdır. Məntəqədə minimum qalma müddəti iki gün, maksimum isə bir aydır.

Gəncə Tel-Əviv 330 avro
Gəncə Lyublyana 349 avro
Gəncə Düsseldorf 406 avro
Gəncə Berlin 403 avro
Gəncə     Dnepropetrovsk 307 avro
Naxçıvan Lyublyana         356 avro 
Naxçıvan Roma 355 avro
Naxçıvan Tel-Əviv 329 avro
Naxçıvan Barselona 373 avro
Naxçıvan Berlin 329 avro

*Qeyd edək ki, qiymətlər hər iki istiqamət üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi