Bakı. 8 may. REPORT.AZ/ "Türk Hava Yolları" aviaşirkəti Bakı-İstanbul reyslərinə endirim kampaniyasına başlayıb.
Aviaşirkətdən “Report”a verilən məlumata görə, bilet satışı və uçuş eyni vaxtda başlayıb və sərnişinlər artıq bu imkandan yararlana bilərlər.
Kampaniya iyun ayının sonuna qədər davam edəcək.
Qeyd edək ki, bu istiqamətdə gediş-dönüş aviabiletinin qiyməti 270 manatdır.