Yuxarı
    Bağlamaq

    Türk Hava Yolları 600 pilot işə götürəcək

    Hazırda THY-də 4 min 14 pilotun çalışır və bunlardan 70-i İspandır

    Bakı. 24 mart. REPORT.AZ/ Türk Hava Yollarının artan uçuş sayından yeni işçilərə ehtiyacı var. Bu səbəbdən şirkət 600 pilot işə qəbul edəcəyini elan edib.

    “Report” aviaşirkətin məlumatına əsasən xəbər verir ki, THY-nin Barcelonadakı ofisindən edilən yazılı şərhdə, 2015-ci ilin ərzində işə qəbul ediləcək 600 pilot yeri üçün vakansiya elan edildiyi bildirilib.

    Pilot qəbulu ilə əlaqədar keçirələcək “roadshow”lardan birinin martın 26-27də Madriddə keçiriləcəyi bildirilib. 264 təyyarə (sərnişin və yük) hava “donanması” olan THY-nin "qabiliyyətli pilotları" sıralarına daxil etmək istədiyi açıqlanıb.

    Qeyd edək ki, hazırda THY-də 4 min 14 pilot çalışır və bunlardan 70-i ispandır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi