Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Heydər Əliyev prospektində ("Koroğlu" metro stansiyasından mərkəzə dorğu) avtomobillərin hərəkətində tıxac yaranıb. Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Belə ki, prospektin sağ kənar yolunun üzərindəki tuneldə "KamAZ" markalı yük avtomobili xarab olaraq qalıb.
Şəhərin digər küçə və prospektlərində isə avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.