Tuneldə xarab olan "KamAZ" Bakının əsas prospektində tıxaca səbəb olub

Tuneldə xarab olan "KamAZ" Bakının əsas prospektində tıxaca səbəb olub Hazırda Heydər Əliyev prospektində sıxlıq yaranıb
İnfrastruktur
3 Noyabr , 2016 09:19
Tuneldə xarab olan KamAZ Bakının əsas prospektində tıxaca səbəb olub

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Heydər Əliyev prospektində ("Koroğlu" metro stansiyasından mərkəzə dorğu) avtomobillərin hərəkətində tıxac yaranıb. Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Belə ki, prospektin sağ kənar yolunun üzərindəki tuneldə "KamAZ" markalı yük avtomobili xarab olaraq qalıb. 

Şəhərin digər küçə və prospektlərində isə avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi