​Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı Bakıda müzakirə olunub

​Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı Bakıda müzakirə olunub Tədbirdə bu nəqliyyat marşrutu iştirakçılarının birgə müəssisəsinin yaradılması məsələsi müzakirə edilib
İnfrastruktur
27 Yanvar , 2015 15:58
​Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı Bakıda müzakirə olunub

Bakı. 27 yanvar. REPORT.AZ/ Yanvarın 26-27-də Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Əlaqələndirmə Komitəsinin daimi işçi qrupunun ilk iclası keçirilib.

"Report"un "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin dəmir yolları və digər müvafiq qurumlarının rəhbərləri iştirak ediblər.

İclas müddətində "2014-cü ildə Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi və 2015-ci il üçün bu sahə üzrə proqnoz haqqında", "Çin-Türkiyə marşrutu ilə hərəkət edəcək konteyner qatarlarının təşkili və bu layihə çərçivəsində Transxəzər beynəlxalq nəqliyyat marşrutu iştirakçılarının birgə müəssisəsinin yaradılması haqqında", "Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə yüklərin nəqli üzrə rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi haqqında", "Maraq coğrafiyasını və iştirakçıların sayını artırmaqla, həmçinin onun tərkibinə Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələrinin nəqliyyat şirkətlərini cəlb etməklə Qazaxıstan tərəfinin Komitənin Avrasiya Nəqliyyat Assosiasiyası ilə əvəzlənməsi haqqında təklifi" və digər məsələlər müzakirə olunub.

Tədbirin ikinci iş günü iclas komissiyalarda davam etdirilib.

Son xəbərlər

Orphus sistemi