Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulacaq limanların sayı artırılacaq

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulacaq limanların sayı artırılacaq Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib
İnfrastruktur
22 May , 2017 11:06
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulacaq limanların sayı artırılacaq

Bakı. 22 may. REPORT.AZ/ Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu dəhlizinə qoşulacaq limanların sayı artırılacaq.

"Report" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib. 

"Bu dəhlizə qoşulacaq limanların sayını artırmaq niyyətindəyik. Qazaxıstanın Aktaudan savayı, həmçinin Kurık limanı, Türkiyənin Samsun limanı ilə yanaşı, daha yeni limanları bu təşəbbüsə qatmaq fikrimiz var", - deyə T.Ziyadov əlavə edib.

Son xəbərlər

Orphus sistemi