Yuxarı
    Bağlamaq

    ​"Transmaşholdinq" Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir

    TMH-nin baş direktoru: Azərbaycana, xüsusilə də EP20 lokomotivlərinin ixracı ilə bağlı planlarımız var

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın nəqliyyat maşınqayırması sahəsində iri şirkət olan "Transmaşholdinq" (TMH) Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir.

    "Report" "Finanz.ru"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə TMH-nin baş direktoru Kirill Lipa "EXPO 1520" dəmir yolu salonunda olarkən açıqlama verib.

    "Azərbaycana xüsusilə EP20 lokomotivlərinin ixracı ilə bağlı planlarımız var. Söhbət 8-12 ədəd lokomotivdən gedir. Hələlik danışıqlar davam edir",- K.Lipa bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi