TRACECA-nın Azərbaycan hissəsində daşınan yüklər 3% azalıb

TRACECA-nın Azərbaycan hissəsində daşınan yüklər 3% azalıb Bu ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 8,212 mln. ton olub.
İnfrastruktur
18 Aprel , 2019 17:06
TRACECA-nın Azərbaycan hissəsində daşınan yüklər 3% azalıb

Bu ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 8,212 mln. ton olub.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 220 min ton və yaxud 2,6% azdır.

Bu müddətdə TRACECA-nın Azərbaycan hissəsindən daşınmış yük dövriyyəsi isə 1 705,8 mln. ton-km olub ki, bu da illik müqayisədə 84,4 mln. ton-km və yaxud 4,7% azdır.

Yüklərin 5,392 mln. tonu və yaxud 65,7%-i avtomobil nəqliyyatı, 1,963 mln. tonu və yaxud 23,9%-i dəmir yolu nəqliyyatı, 857 min tonu və yaxud 10,4%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,6%-ni və yaxud 1,278 min tonunu tranzit yüklər təşkil edib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 387 min ton və yaxud 23,2% azdır. 

Son xəbərlər

Orphus sistemi