TRACECA-nın Azərbaycan hissəsi ilə daşınan tranzit yüklərinin həcmi azalıb

TRACECA-nın Azərbaycan hissəsi ilə daşınan tranzit yüklərinin həcmi azalıb Bu ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4,069 mln. ton təşkil edib.
İnfrastruktur
21 Mart , 2019 15:25
TRACECA-nın Azərbaycan hissəsi ilə daşınan tranzit yüklərinin həcmi azalıb

Bu ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4,069 mln. ton təşkil edib. 

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 124 min ton və yaxud 3% azdır. 

Hesabat dövründə dəhlizin Azərbaycan hissəsində daşınmış yüklərin dövriyyəsi isə 828 mln. ton-km olub ki, bu da illik müqayisədə 55 mln. ton-km və yaxud 6,3% azdır. 

Yüklərin 2,685 mln. tonu və yaxud 66%-i avtomobil nəqliyyatı, 958 min tonu və yaxud 23,5%-i dəmir yolu nəqliyyatı, 426 min tonu və yaxud 10,5%-i isə dəniz nəqliyyatı ilə daşınıb. 

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,5%-ni və yaxud 591 min tonunu tranzit yüklər təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 198 min ton və yaxud 25,1% azdır.

Son xəbərlər

Orphus sistemi