TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşıma 4% azalıb

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşıma 4% azalıb Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar olub
İnfrastruktur
2 Mart , 2017 16:07
TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşıma 4% azalıb

Bakı. 2 mart. REPORT.AZ/ Ötən il ərzində Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin ümumi həcmi 50,3 mln. ton, yük dövriyyəsi isə 9 917,4 mln. ton/km olub. Yüklərin 31,5 mln. tonu (62,6%) avtomobil nəqliyyatı, 13,8 mln. tonu (27,4%) dəmir yolu nəqliyyatı, 5,0 mln. tonu (10,0%) dəniz nəqliyyatı ilə daşınıb.

"Report" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. 

Bildirilib ki, əvvəlki illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 3,7% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9% və 17,7%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7%-ni (7,9 mln. ton) tranzit yüklər təşkil edib.

Son xəbərlər

Orphus sistemi